“Qardaş ölkəmizə sevə-sevə gəldik”

“Qarabağ”ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə qısa açıqlama verib.

SOSİUM.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:

“Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik” – deyə Qurbanov qeyd edib.

Xatırladaq ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda olacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Oxşar xəbərlər