Türkiyədə yeni tədris ili başlayıb

Türkiyədə 2020-2021 tədris ilinə başlanıb.

SOSİUM.az xəbər verir ki, Türkiyənin Təhsil naziri Ziya Səlcuq Ankaradakı Muazzez Karaçay ibtidai məktəbində yeni dərs ilinin ilk zəngini simvolik olaraq çalıb.

Nazir bildirib ki, sentyabrın 18-dək dərslər distant şəkildə davam edəcək.

Sentyabrın 21-də məktəblərin açılması üçün hazırlıqla əlaqədar müəyyənləşdirilmiş siniflərdə xüsusi hazırlanmış proqramlarla dərslər keçiləcək.

Daha sonra Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Elm Qurumunun tövsiyəsinə uyğun olaraq məktəblərin açılması gözlənilir.

Oxşar xəbərlər