Ucarda ana və oğlunu maşın vurub

Ucarda ana və azyaşlı oğlunu maşın vurub.

SOSİUM.az xəbər verir ki, hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb. Belə ki, Ucar rayonunun Alpout kənd sakini, 1979-cu il təvəllüdlü Gündüz Çingiz oğlu Mürsəlov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə yolu keçmək istəyən, 1990-cı il təvəllüdlü Mətanət Abduləli qızı Məmmədovanı və onun 2013-ci il təvəllüdlü oğlu Coşqun Daşqın oğlu Məmmədovu vurub.

Hər iki zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər