Ukraynada 23 deputat koronavirusa yoluxub

Ukrayna Ali Radasının 23 deputatı koronavirusa yoluxub.

SOSİUM.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Dmitri Razumkov “Rada” telekanalında bildirib.

“Bu gün Ali Radada xəstəliyi keçirmiş və ya hazırda xəstə olan həmkarlarımızın sayı 23-dür. Onlara can sağlığı, tez zamanda xəstəliyin öhdəsindən gəlməyi və işlərinə dönməyi arzulayıram”- deyə Razumkov qeyd edib.

O əlavə edib ki, Ali Rada aparatının 7 işçisində də koronavirusa yoluxma faktı aşkarlanıb.

Xatırladaq ki, daha əvvəl “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenkonun koronavirusa yoluxduğu və kritik vəziyyətdə olduğuna dair məlumat yayılmışdı.

Oxşar xəbərlər