“Universitetimiz pandemiyaya hazır deyildi”

“Texniki Universitet pandemiya şəraitinə hazır deyildi”.

SOSİUM.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qatıldığı canlı yayımda deyib. O, pandemiya şəraitində AzTU-nun fəaliyyətindən söz açıb.

“Son 10 ay ərzində dərsliklərin elektron sistemə daxil edilməsi prosesini həyata keçirdik. Məqsədimiz başqa idi, lakin hadisələrin gedişi nəticəsində çətinliklərə reaksiya verməli olduq. Məsafədən təhsilin həyata keçirilməsində əsas hədəf tədris materialları ilə təmin olunmaqdı. Təhsil Nazirliyi bu istiqamətdə bizə kömək oldu. Nəticədə bu tədris ilini də çox uğurlu şəkildə başa vurduq”.

Qeyd edək ki, 3 martdan etibarən ölkəmizdə tədris və buna bağlı bütün məsələlər dayandırılıb.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir