“Uşaqların yaşadığı stresslər valideynə ötürülür”

“Online dərslər heç bir zaman əyani dərsləri əvəz edə bilməz. Həm dərs keyfiyyəti aşağı düşür, həm də uşaqlar bir- birindən tədric olunurlar. Onların fiziki aktivliyi, enerjiləri zəif olur”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri uşaq psixoloqu Günel Əliyeva bildirib. Onun sözlərinə görə uşaqların enerjiləri həddindən çox olduğu üçün fiziki aktivlik də çox vacibdir: “Onların həm danışmaq, həm əylənmək, eləcə də hərəkətdə olmağa çox ehtiyacları var. Amma online dərslər karantinin sərt rejiminə görə evdə qalmaq məcburiyyəti, uşaq orqanizmisində və uşaq psixikasında böyük stress yaradır. Onlar özünü necə hiss edirsə, valideyndə elə hiss edir. Bununla yanaşı uşaqlar məktəbə getmədiyi, tələbəlik vaxtını keçirtmədiyi üçün dsiplindən aralı düşür. Bu da gündəlik həyatımız üçün vacib olan bir amildir. Məsləhət görərdim ki, ən əsası bu dsiplini saxlamaq lazımdır. Dərslə artıq heç bir şey edə bilmərik. Bu bir qaçılmaz faktdır. Ən azı əvvəlki həyata yaxınlaşmağı məsləhət görərdim. Yəni uşaqlar səhərlər tez oyansınlar, 5 dəqiqəlik fiziki hərəkət etsinlər”.

Psixoloq deyib ki, uşaqların bütün dərslərdə iştirak etməsinə valideynlər nəzarət etməlidir: “Valideyn uşağına elə bir rejim qurmalıdır ki,onun həm dərsə, həm də əyləncəyə vaxtı olmalı, həmçinin, uşağın sakitlikdə olmasına şərait yaratmalıdır. Böyüklərlə komunikasiyada olmasın. Yəni sakitlikdə öz özlüyündə öz fikirləri ilə qala bilsin. Elə olmalıdır ki, onlar öz dostları ilə görüntülü zənglərlə danışa bilsinlər. Yəni komunikasiya bizə çox vacibdir. Bu dövr çox stresli dönəm olduğuna görə yaxşı anti – stress vasitəsi kimi birgə bir oyun tərtib etmək olar.Valideynlərlə birgə oyun oynasınlar. Məsələn, bir yerdə rəsim çəksinlər, pazıllar, lego yığsınlar, bir sözlə yaradıcılıqla məşğul olsunlar. Bu çox gözəl bir anti-stressdi. Həm böyüklər, həm də uşaqlar üçün yaxşıdır. Chalenglər keçirsinlər. Yəni hansısa bir tapşırığı yerinə yetirsə, əlavə uşağa bonus veriləcək. Məsələn, mutfilimə baxmaq, əlavə və ya planşetdə oyun oynamaq və.s”

Psixloloq əsas məsələnin rejimin, disiplinin olmasını vurğuladı.

Oxşar xəbərlər