Yeni növ koronavirusa qarşı vaksinin yaradılması pandemiyanı tezliklə aradan qaldırmayacaq.
SOSİUM.az TASS-a istinadən xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə brifinqdə söyləyib.
O deyib: “Vaksin həyati vacib alət olacaq.
Ümidvarıq ki, vaksin bizdə mümkün qədər tez olacaq”. Bununla yanaşı, ÜST-nin rəhbəri bildirib ki, vaksinin meydana gəlməsinə “təminat yoxdur”.
“Hətta vaksini əldə etsək belə bu, pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq”, – deyə Baş direktor vurğulayıb. Onun sözlərinə görə, COVID-19-ın fəsadları haqqında heç də hər şey tibbə məlum deyil: “Hərçənd biz bu xəstəlik haqqında çox şey öyrəndik. Bizim 8 aylıq təcrübəmiz var. Lakin biz uzunmüddətli fəsadlar barədə hələ də az məlumatlıyıq”.