“Peyvəndə görə fəsad qeydə alınmayıb”

“Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərdə fəsad qeydə alınmayıb”.

SOSİUM.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, vaksin təhlükəsizdir: “Ümumiyyətlə, “Coronovac” vaksini təhlükəsizdir və heç bir ağırlaşma halı olmur”.

Qeyd edək ki, fevralın 23-ə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur.

Oxşar xəbərlər