“Vaksin olunanların arasında da yoluxma var”

“Milli Məclisin deputatları arasında birinci dəfə vaksin vurduranlar artıq ikinci dozanı da vurdurmağa başlayıblar. Həmçinin mən də vaksin vurdurmuşam”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Musa Quliyev parlamentin Aparat işçilərinin vaksin vurdurub-vurdurmaması məsələsinə də aydınlıq gətirib:

“Vaksin vurdurmaq üçün nə məhdudiyyət, nə də məcburiyyət var. Aparat işçiləri arasında da kim istəsə yaş kateqoriyasına uyğun vaksin vurdura bilər. Əvvəl 60 yaşdan yuxarı olan insanlara şamil olunurdusa, indi 40 yaşdan yuxarı olan insanlar peyvənd olunur. Birinci mərhələdə tibb işçiləri, ardınca isə polislər vaksin olunurdu. İndi isə iş yerindən və peşəsindən asılı olmayaraq, yaş kateqoriyasına uyğun olaraq vaksinasiya prosesi həyata keçirilir”.

Parlamentari ikinci dozadan sonra COVID-19-a yoluxma riskindən də danışıb:

“Hazırda ölkəmizdə vaksinin ikinci dozası həyata keçirilir. Birinci dozadan sonra koronaya yoluxma halları müşahidə olunur. Hazırda ikinci dozanı gözləyirik. Baxaq görək ikinci dozadan sonra yoluxanlar olacaqmı?! Hazırda bizi də düşündürən əsas məsələ budur. Əgər ikinci dozadan sonra yoluxma halı aşkar olunarsa, bu da vaksinin nə dərəcədə keyfiyyətli olub-olmadığını ortaya qoyacaq. Hələlik ikinci dozanı vurduranlar arasında yoluxma halı yoxdur. Bu da bizi sevindirir”.

Oxşar xəbərlər