Vaksin olunanların sayı 428 mini ötüb

Martın 9-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21,204 nəfər vaksinasiya olunub.

SOSİUM.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Oxşar xəbərlər