“VECON CONSULTING” ordumuza dəstək oldu

Vüqar Oruc: “Mülki obyekt və yaşayış evlərinə vurulmuş zərərin qiymətləndirilməsinə hazırıq”

Sentyabr ayının 27-dən etibarən Ermənistanın hücumlarına əks-hücumlarla cavab verilməsi məqsədi daşıyan və işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsi ilə nəticələnən və hal-hazırda davam edən döyüşlər Azərbaycan vətəndaşlarının dövlətimiz və ordumuz ətrafında daha sıx şəkildə birləşməsini, hər bir vətəndaşın bu istiqamətdə müqəddəs savaş naminə öz töhvəsini verməsini zəruri edib.

Bu məqsədlə ölkəmizin qiymətləndirmə sektorunun aparıcı şirkətlərindən olan “VECON CONSULTING” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna şirkət hesabından ianə köçürüb.

“VECON CONSULTING” şirkəti eyni zamanda cəbhə bölgəsinə könüllü yardım edən şəxslərə və qruplara dəstək olub. Bu barədə məlumat verən “VECON CONSULTING” şirkətinin rəhbəri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Oruc hər bir ölkə vətəndaşı kimi rəhbərlik etdiyi şirkətin və rəhbərliyində təmsil olunduğu AQC-nin də bu istiqamətdə praktiki addımlar atdığını bildirib.

Vüqar Oruc ianə və könüllü yardımlarla kifayətlənməyərək təmsilçilərindən olduğu qiymətləndirmə sektorunun, burada birləşən şirkətlərin təmənnasız şəkildə və öz hesablarına sentyabrın 27-dən etibarən başlayan Vətən müharibəsində işğalçı Ermənistan tərəfindən beynəlxalq hüquq və konvensiyalara zidd şəkildə dinc əhalinin yaşayış obyektlərini müxtəlif növ silahlardan istifadə etməsilə yararsız vəziyyətə salınan mülki obyekt və yaşayış evlərinə dəymiş zərərin qiymətləndirilməsinə hazır olduqlarını bildirib.

Oxşar xəbərlər