Virusa yoluxanların sayı 30 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 945 099 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb.

SOSİUM.az xəbər verir ki, indiyədək 30 038 634 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, son 1 ayda dünyada daha 8 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.

Ən çox yoluxma halları ABŞ (6 828 301), Hindistan (5 118 253) və Braziliyada (4 421 686) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər