“Vladimir Putin onun yolu ilə getdi“

“Kreml Navalnını həbs etməklə ya axmaqlıq etdi, ya da sadəcə 2024-cü ilə onun zindandan Kremlə yolunu açdı. Əgər yaxın zamanda onu azad etməsələr, 2024-də ona rəqib ola bilməyəcəklər”.

SOSİUM.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

O qeyd edib ki, Dumaya növbəti seçkilərdə Yuliya Navalnaya etirazın simvolu olacaq:

“Putin bəyənmədiyi Lukaşenkonun yolu ilə getdi. Yuliya Rusiyanın yeni “Tixanovskayası” olacaq. Hətta bu il xalqın ciddi dəstəyi ilə Dumaya seçilsə, heç təəccüblənmərəm.

2021-ci ilin Duma seçkiləri çox maraqlı olacaq, yenə məhz seçki ərtafında siyasi aktivlik artacaq. Nə Navalnı, nə onun həmfikirləri nə vaxtsa seçkiləri boykota çağırıb, bu il də çağırmayacaq.

Azərbaycanda özünə niyəsə “siyasətçi” deyənlərin bəziləri heç Navalnı ərtafında baş verən hadisələrdən də dərs çxara bilmədilər”.

Oxşar xəbərlər