Xalq artistinin oğluna vəzifə verildi

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin keçmiş rəisi Pərvin Mirzəzadəyə yeni vəzifə verilib.

SOSİUM.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə P.Mirzəzadə xüsusi tapşırıqlar üzrə səfir təyin olunub.

Qeyd edək ki, Pərvin Mirzəzadə mərhum Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin oğludur.

Xatırladaq ki, Ceyhun Bayramovun digər əmri ilə Rzayev Ramil Əbil oğlu nazirliyin Protokol idarəsinin rəisi təyin olunub.

Oxşar xəbərlər