Xanım deputat Etibar Əliyevə yerini göstərdi

“Onun dedikləri iftiradır və aparılan islahatlara kölgə salmaq cəhdidir”

SOSİUM.az xəbər verir ki, deputat, BDU-nun professoru Jalə Əliyeva təhsil eksperti Etibar Əliyevin rektor E.Babayev haqqında səsləndirdiyi iddialara münasibət bildirib.
L.Əliyeva qeyd edib ki, rektoru Elçin Babayev və BDU haqqında səslənən əsassız fikirlər həm də Universitetin müəllimlərinə, bütün kollektivə atılan iftiradır: “Elçin Babayev BDU-ya rektor təyinatı çox uğurlu bir təyinatdır. Biz ilk gündən gördük ki, E.Babayev Universitetdə tələbələrin əlini sıxdı, onların problemlərini şəxsi problemi kimi qəbul edir. Rektorun qapısı hər bir tələbənin, professor-müəllim heyətinin üzünə açıqdır, hər kəs istədiyi vaxt onunla görüşüb sözünü deyə bilir. Dövlət başçısı ölkəmizdə islahatlar həyata keçirir, bu islahatlar hər bir vətəndaşın, eyni zamanda, təhsil işçilərinin mövqeyinə xidmət edir. Belə bir vaxtda, həm də BDU-nun yüz illiyi ərəfəsində təhsil ekspertinin iftiraları hər birimizdə təəssüf hissi doğurur və bu, aparılan islahatlara kölgə salmaq cəhdindən başqa bir şey deyil. Onu da xatırladım ki, hələ ötən əsrin əvvəllərində Azərbaycanın böyük maarifçi ziyalıları olub. Məhz həmin vaxt da ölkəmizdə maarifçiliyə, ziyalılarımızın işıqlı fəaliyyətinə ləkə vurmaq istəyən şəxslər var idi. Mən Elçin Babayevi Elmin İnkişaf Fondunda İcraçı direktor olduğu vaxtdan tanıyıram. O, islahatçı, işıqlı ziyalıdır. Rektor təyin edildiyi gündən bu günə qədər BDU-da xeyli müsbət işlərə imza atıb, tələbə-rektor münasibəti dost müstəvisinə keçib. Təhsil ekspertinin yazısında adıçəkilən şəxslər də Elçin müəllimin qohumları deyil, həmin şəxslər də Universitetin layiqli əməkdaşlarıdırlar. Yəni, bu söylənilənlər tam iftiradır, bunu hər birimizə qarşı iftira, böhtan, qarayaxma hesab edirik”.

Oxşar xəbərlər