Xankəndindən Yerevana qaçış başladı

Xankəndi sakinlərinin azı 70 faizi Ermənistana qaçıb, bu isə 40 min insan deməkdir.

SOSİUM.az xəbər verir ki, bu barədə şəhər “meri” David Sarkisyan “Sputnik”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, şəhərdə təxminən 17 min insan qalıb. Separatçı rejim həmin sakinləri də təxliyyə etməyə hazırlaşır.

Eyni zamanda, Xankəndidə nəqliyyatın azlığı səbəbindən şəhər “rəhbərliyi” qalan əhalini qida və zəruri ehtiyaclarla təmin etməyə çalışır.

Oxşar xəbərlər