Xatirə Operativ Qərargahı belə ələ saldı

Müğənni Xatirə İslam sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

SOSİUM.az xəbər verir ki, sənətçi pandemiyaya görə toyların qadağan edilməsindən yazıb. O, bir çox sahələrin fəaliyyətinə icazə verildiyi halda toylara qadağa qoyulmasını ələ salıb:

“Artıq məlum oldu ki, virus açıq mağazalara, kassasının qarşısı dolu olan marketlere, gözəllik salonlarına, hətta axşam saat 12-yə qədər işləyən restoranlara yox, yalnız bəy-gəlinə tərəf gəlir. Onunki ancaq bəylə gəlindir. Çalışın evlənməyin”.

Oxşar xəbərlər