XİN-in rəhbəri Pakistana rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə yola düşüb.

SOSİUM.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.

Səfər çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək.

Oxşar xəbərlər