Xüsusi karantin rejimi yaşı 65-i keçən deputatlara şamil edilməyəcək

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil eilməyəcək.
Oxu.Az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Qanunun 5-ci maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilir:
“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər Milli Məclisin deputatlarına şamil edilmir”.
Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir