Xüsusi nümayəndənin hüquqi statusu bilindi

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavinin və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusu müəyyən edilib.

SOSİUM.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

Təklif müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər