Yəməndəki partlayışda ölənlərin sayı artdı

Yəmənin cənubunda Ədən şəhərindəki aeroportda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 110 nəfər yarlanıb.

SOSİUM.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.

Daha əvvəl 22 nəfərin öldüyü və 50-dən çox yaralının olduğu bildirilirdi.

Xatırladaq ki, yaralılar arasında Yəmənin rabitə nazirinin müavini Nasır Şərif, ədən qubernatorunun nümayəndəsi Həsən əz-Zamiki və yerli əl-Mansur həbsxanasının müdiri Naci əl-Mahri də var.

Oxşar xəbərlər