Yakutiyada temperatur mənfi 52 dərəcə oldu

Saxa-Yakutiya Respublikasının Verxoyansk şəhərində havanın temperaturu mənfi 52 dərəcəyə qədər düşüb.

SOSİSUM.az xəbər verir ki, bu barədə Respublikanın hidrometrologiya idarəsi məlumat yayıb.

Məlumatda Bataqay yaşayış məntəqəsində mənfi 51 dərəcə olduğu bildirilir. Mənfi 45 dərəcədən aşağı temperatur Momsk, Öymyakon və Tompson rayonlarında qeydə alınıb.

Verxoyansk məktəblərində dərslər məhdudlaşdırılıb.

Oxşar xəbərlər