YAP-a maska vurmadan gəlişi müzakirə olundu

Bu gün səhər saat 10-da Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı öz işinə başlayıb.

SOSİUM.az modern.az-a istinadən xəbər verir ki, qurultayda iştirak etmək üçün YAP-ın mərkəzi qərargahına toplaşan partiya funksionerlərinin gəlişi diqqətlə izlənilib.

Kimin qurultaya çağırılıb, kimin çağırılmadığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ burasındadır ki, partiyanın rəhbər strukturlarında təmsil olunan bir sıra tanınmış simalar qurultaya dəvət almayıblar.

Ayrıca müzakirə mövzusu olan hadisələrdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qurultaya maskasız gəlməsi olub.

Belə ki, V.Talıbov karantin qaydalarına zidd olaraq, açıq havada tibbi maskasız görünüb.

Qeyd edək ki, Naxçıvanda açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə barədə məcbur qərar yoxdur. Bakıda isə hər yerdə maska taxmaq məcburidir.

Vasif Talıbovun YAP-a maskasız gəlişi sosial şəbəkələrdə müzakirələrin açılmasına səbəb olub.

Oxşar xəbərlər