YAP-ın qurultayı nə səbəbdən keçirilir?

“Yeni Azərbaycan Partiyasının Qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib”.

SOSİUM.az xəbər verir ki, bunu YAP-ın üzvü, millət vəkili Ramil Həsən deyib.

Millət vəkili qeyd edib ki, o, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvüdür və daxili nizamnaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirmək onun borcudur:

“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarix, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbəriyi və vitse-prezident Mehriban Əliyevanın xoş məramı ilə iştirak etdiyi islahatlar və reforma siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir”.

Oxşar xəbərlər