YAP növbədənkənar qurultay keçirəcək

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək.

SOSİUM.az xəbər verir ki, qurultay martın 5-nə planlaşdırılıb.

Xatırladaq ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Həmin qurultayda partiya idarə heyəti təsdiq edilib. İdarə heyətində yer alan prezidentin sabiq köməkçisi Əli Həsənov qurultaydan sonrakı mərhələdə vəzifədən azad edilib. Partiyada vəzifə tutan deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bir müddət öncə istefa verdiyini açıqlamışdı. Yeni Azərbaycan Partiyasının Sədr müavini Akif Əlizadə isə 2019-cu il oktyabrın 23-ü Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən azad edilib.

Adıçəkilən partiya üzvlərinin YAP İdarə Heyətindən kənarlaşdırılacağı haqqında iddialar var.

Oxşar xəbərlər