Ölkəmizdə güclü təkanlar ola bilərmi?

Xəbər verdiyimiz ki, bir neçə gün öncə Azərbaycanın qərb ərazilərində zəlzələ qeydə alınmışdı.

Belə ki, təkanlar daha çox Gədəbəy, Şəmkir, Qazax, Tovuz rayonlarında daha çox hiss olunub. Məlumata görə, Gədəbəydə yeraltı təkanlar nəticəsində bəzi evlərə zərər dəyib, evlərin divarlarında böyük çatlar yaranıb.

Maraqlıdır, zəlzələ ocaqlarının aktivləşməsində 44 günlük müharibənin təsiri varmı?

SOSİUM.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələnin müharibə ilə əlaqəsi yoxdur.

“Zəlzələ yerin çox dərin qatlarında – 10-20 km dərinliyində və litosfer qatında gedən geodinamik proseslər nəticəsində baş verir. Müharibənin ona heç bir aidiyyəti yoxdur. Mərmilər yerin üst qatına düşür. Aktiləşmə o vaxt ola bilər ki, yeraltı nüvə partlayışları olsun. Bu zaman onlar 5-6 ballıq zəlzələ yaradır”.

Oxşar xəbərlər