“Zəngilana gedəcəyim günü gözləyirəm” – Məftun Quluzadə

“Müzəffər Azərbaycan Ordusu mənfur düşmənin layiqli cavabını verir. Bu gün tarixi Azərbaycan torpaqları işğaldan azad edilir. Ali Baş Komandanın rəhbərliyi altında gənclərimiz əsl döyüş nümunəsi ortaya qoyurlar”.

SOSİUM.az xəbər verir ki, bu sözləri TİA.AZ-a açıqlamasında əslən Zəngilandan olan Xəzər rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Məftun Quluzadə söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın bütün bölgələrindən minlərlə könüllü cəbhədədir və düşmənə qarşı ləyaqətlə döyüşür:

“Xəzər rayonundan da könüllü olaraq döyüşlərə qatılan çoxsaylı gənclərimiz var. Onlar vətən müharibəsinin ən qaynar nöqtələrində döyüşürlər. Heç bir çətinlik onları qorxutmur və əzmlə düşmənin üzərinə yeriyirlər. Bizə bu tarixi anı yaşadan Cənab Prezident İlham Əliyevdir. Hər gün səbirsizliklə Ali Baş Komandanın “twit”lərini gözləyirik. Bu günə qədər çoxlu sayda tarixi ərazilərimiz işğaldan azad olunub. Üstünlük birmənalı olaraq Azərbaycan Ordusunun tərəfindədir”.

“Zəngilanın işğaldan azad edilməsini xəyal edirdik, bu gün isə bu artıq gerçəkdir” deyən M.Quluzadə hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir:

“Baxmayaraq ki, 27 ildir Zəngilan işğaldadır, həmişə daxilimizdə inam olub ki, nə zamansa o torpaqlara geri dönəcəyik. Çünki bilirdik ki, Azərbaycanın İlham Əliyev kimi təcrübəli siyasi lideri var və o bir gün mütləq bütün işğalda olan torpaqlarımızı azad edəcək. Bu gün artıq həmin an yetişib. Bunu ifadə edəndə belə böyük həyəcan hissi keçirirəm. Böyük həvəslə doğulub boya-başa çatdığım Zəngilana gedəcəyim günü gözləyirəm”.

Oxşar xəbərlər