“Zirə”-“Neftçi” matçı ilə bağlı xəbər var

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli açıqlanıb.

SOSİUM.az xəbər verir ki, eyni gündə keçiriləcək turun qarşılaşmaları fevralın 25-də baş tutacaq.

Turun mərkəzi qarşılaşmasında liderlər qrupunda qərarlaşan “Neftçi” və “Zirə” üz-üzə gələcək. Ötən tur “Neftçi”yə məğlub olmaqla ikinci sıraya düşmüş son çempion “Qarabağ” isə “Səbail”lə görüşəcək.

Azərbaycan Premyer Liqası
XVII tur

16:00 “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

15:00 “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

17:30 “Sabah” – “Keşlə”
“Bank Respublika Arena”

18:30 “Qarabağ” – “Səbail”
“Azersun Arena”

Qeyd edək ki, birinci və dördüncü oyunlar “CBC Sport” telekanalı, ikinci və üçüncü matçlar isə Peşəkar Futbol Liqasının “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Oxşar xəbərlər