Əfsanəvi investorla $11 mlrd.-lıq şam yeməyi

Berkshire Hathaway-in sığorta şirkəti Alleghany-nin səhmlərini alması Nyu Yorkda Warren Buffett və Joseph Brandon arasındakı şam yeməyi ilə başlayıb. Belə ki, əfsanəvi investor Warren Buffett və Alleghany sığorta şirkətinin baş icraçı direktoru Joseph Brandon arasında Nyu-Yorkda şam yeməyi Berkshire Hathaway-in ilin ən böyük investisiyalarından birini reallaşdırmaq prosesinin başlanğıcı olub.

Banker.az Bloomberg İnternational-a istinadən xəbər verir ki, Alleghany-nin baş icraçı direktoru martın 7-də Nyu Yorkda Buffett ilə görüşdüyünü açıqlayıb. Brandon “təsadüfi söhbətlərdən” sonra Baffetin səhmləri $850-a almağı təklif etdiyini söyləyib. Xəbərə görə, ikili arasındakı bu söhbət $11.6 mlrd.-lıq müqavilənin ilk addımıdır.

Şam yeməyi zamanı Buffett qiymətə maliyyə məsləhətçisi üçün ödənişlərin daxil olmayacağı mövzusunda təkid edib. Bu gözlənilməz hərəkət $848.02-lıq qəribə bir razılaşma qiyməti ilə nəticələnib. Alleghany-nin məsləhətçisi Goldman Sachs-ın ödənişi sığorta şirkətinin səhmdarları tərəfindən ödəniləcək.

Oxşar xəbərlər