Əfv Komissiyasının növbəti iclası keçirilib: Müraciətlərin sayı 200-ü keçdi

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev  açıqlamasında bildirib ki, iclasda daha 100-dən çox müraciətə baxılıb:

“Bununla da baxılan müraciətlərin sayı 200-ü ötüb. 28 May – Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Növbəti iclaslarda da müraciətlərə baxılacaq”.

Qeyd edək ki, Komissiyanın aprelin 26-da keçirilən ilk iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Növbəti iclasın isə mayın 6-da keçiriləcəyi gözlənilir.

Oxşar xəbərlər