Əla keyfiyyətli çay 2 dəhşətli xəstəliyin dərmanıdır – Terapevt

Demensiya və onkologiyadan yayınmaq üçün hər gün əla keyfiyyətli qara çay içmək lazımdır.

Bakupost.az xəbər verir ki, bunu funksional diaqnostik həkimi Mixail Petrik deyib.

“Çay təmiz, təbii, qatqısız olmalı, onu qaynar içmək olmaz. Statistikaya görə, sistematik olaraq çay içənlərdə insult təhlükəsi 20-30% azalır.

Bu içki çox sayda antioksidant daşıyır, o sərbəst radikalları zərərsizləşdirir. Bunlar isə orqanizmdə iltihabı və xərçəng hüceyrələrini aktivləşdirir, DNT-ni zədələyir. Ona görə onları hər an zərərsizləşdirmək lazımdır.

Qida borusunun selikli qişasını zədələməmək üçünsə çayı qaynar içmək olmaz.

Çayı axşam 6-dan sonra içməyin, çünki bu saatdan sonra orqanizmə sakitlik lazımdır, gümrahlıq yox.

Oxşar xəbərlər