20 velosiped oğurlayan şəxs tutuldu

Binəqədi rayonunda 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanılıb.

Bu barədə SOSİUM.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1200 manat olan velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyən edilib. Tofiq Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb. Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Tofiq Mürsəlovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər