250 km boyunca velosiped yolu çəkiləcək

Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

SOSİUM.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, artıq bununla bağlı Dənizkənarı Milli Park ərazisində 7, 5 kilometr velosiped yolu çəkilib:

“Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Azərbaycanda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır”.

Oxşar xəbərlər