29 il sonra Ağdamda yaşanan duyğulu anlar… – VİDEO

Köhnə çantalarla doğma evlərini tərk edən Ağdam sakinləri illərlə geri qayıdacaqları günü gözlədilər. Onların bu ümidləri Vətən müharibəsi sayəsində reallaşdı.

SOSİUM.az xezerxeber-ə istinadən xəbər verir ki, 30 ilə yaxın torpaq həsrəti çəkənlərdən biri də Şəhriyar Məmmədov idi. Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Şəhriyar Məmmədov deyir ki, sonuncu dəfə bu torpaqlarda olarkən həyat öz axarında idi. 126 min nəfər əhalisi ilə ölkənin əsas iqtisadi ticarət mərkəzlərindən olan Ağdamda insanların bir qismi ticarət, bir qismi isə təsərrüfatla məşğul olurdu. Şəhriyar deyir ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün o, işğaldan azad olunmuş doğma yurduna gedərək atasının məzarını ziyarət edə bilib.

Onun sözlərinə görə, şəhərdə bir tikilinin belə salamat qalmaması ağdamlılar üçün ən acı mənzərədir. Lakin bu gün şəhərin yenidən dirçəldilməsinə başlanması onları daha çox sevindirir.

İndi yeni və müasir Ağdam qurulur. Biz daha xarabalığı xatırladan Ağdamı görməyəcəyik. Ağdamın ürək dağlayan o halı yeni baş planın altında qalacaq. Elə bu torpaqları bu hala salanların dəmir yumruq altında qaldıqları kimi.

İllik 13.99%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Oxşar xəbərlər