Aşıq Telli Borçalı Azərbaycana qayıda bilmir.
SOSİUM.az ölkə.az-a istinadən bildirir ki, pandemiyadan öncə Gürcüstana gedən ifaçı yeddi aydır Marneuli rayonundadır. Bir neçə gün öncə rayonun mərkəzi bazarına gələn aşığın hazırkı baxımsız görünüşü ətrafdakıların təəccübünə səbəb olub.
Bildirilir ki, 7 aydır məclislərə getməyən aşıq maddi sıxıntılar içərisindədir. Hətta dostlarına deyib ki, vəziyyətim o qədər pisdir, demək olaar acımdan ölürəm. Qeyd edək ki, T.Borçalı əslən Marneuli rayonunun Qasımlı kəndindəndir.