Dilarə Kazımova vətənpərvər mahnı ifa etdi

Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı “Azərbaycanım”ı təqdim edib.

SOSİUM.az xəbər verir ki,  musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib:

“İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir”.

Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın “Xalçaların dili” kolleksiyasından libas geyinib.

Qeyd edək ki, mahnının aranjimanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.

Oxşar xəbərlər