TƏBİB-dən üçüncü dalğa ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun artım fonunda gələn il üçüncü dalğanın yaşanacağını bildirib.

Maraqlıdır, Azərbaycan koronavirusun üçüncü dalğasına hazırdırmı?

SOSİUM.az xəbər verir ki, məsələ ilə bağlı danışan TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış üçüncü dalğanın qarşısını almaq üçün kifayət qədər tibbi vəsait və səhiyyə işçisinin olduğunu bildirib:

“Üçüncü dalğaya tam hazırıq. Bildiyiniz kimi ötən dövrdə həm rayonlarda, həm də şəhərlərdə modul tipli xəstəxanalar tikildi. Eyni zamanda çarpayı ehtiyatımız da kifayət qədərdir.

Bizə xaricdən də təcrübə aparmaq üçün həkimlər gətirilib. Onların da təbii olaraq virusla mübarizəyə qatqısı var. Düşünürük ki, tibbi personal sayında bu baxımdan çatışmazlıq olmayacaq”.

Oxşar xəbərlər