İlham Əliyevi onları “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib.

SOSİUM.az xəbər verir ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı bu ordenə layiq görülüb.

Bundan başqa, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Əziz oğlu Həsənov da “Şöhrət” ordeni ilə təltif edilib.

Eyni zamanda Azərbaycanda jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Teymur Əkbər oğlu Əhmədov da “Şöhrət” ordeni ilə mükafatlandırılıb. Elman Camal oğlu Məmmədov isə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

Oxşar xəbərlər