Milli Məclisdə koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirəyə çıxarılacaq.
SOSİUM.az xəbər verir ki, fevralın 4-də bununla bağlı parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin videokonfrans şəklində birgə iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda vaksinasiya və görülən digər tədbirlər barədə məsələlərin müzakirəyə çıxarılması gözlənilir.