Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə iki yeni baş direktor müavini təyin edilib.
SOSİUM.az xəbər verir ki, Süleymanov Nazim Süleyman oğlu və Cəlilov Əfqan Süleyman oğlu “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsinə təyin olunublar.
Onlar təyinat üzrə üç fevral tarixindən vəzifələrini icra etməyə başlayıblar. Hazırda “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsini icra edənlərin sayı beşə çatdırılıb.
Cəlilov Əfqan Süleyman oğlu 2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.