“Uşaqpulu” verilməlidir və 200 manat olmalıdır”

Azərbaycanda “uşaqpulu” məsələsi yenidən gündəmə gəlib. İctimai-siyasi xadimlər uşaqpulu ilə bağlı fərqli meyarlar təklif edir, müxtəlif fikirlər səsləndirirlər.

SOSİUM.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə pravda.az-a açıqlamasında qeyd edib ki, “uşaqpulu” mütləq verilməlidir.

Partiya sədrinin sözlərinə görə, kimin buna ehtiyacı olub-olmadığını sübut edən statistika olmadığına görə vəsait bütün uşaqlara aylıq təyin edilməlidir: “Bu müddət uşaq dünyaya gələndən orta məktəbi bitirənədək olan yaş dövrünü əhatə etməlidir. Məbləğ isə aylıq ən azı 200 manat müəyyən olunmalıdır. Çünki dövlət büdcəsi buna imkan verir”.

A.Əlizadə REAL Partiyasının sədri İlqar Məmmədovun “uşaqpulu”nun ailənin birinci övladına verilməməsi ilə bağlı fikrinə isə “boş söhbətdir” deyərək cavab verib.

Oxşar xəbərlər