“Ölüm kəfənini yırtdım, həm mən, həm…”

Koronavirusa yoluxan aparıcı Aytən Səfərova son vəziyyətindən danışıb.

SOSİUM.az xəbər verir ki, aparıcı “İnstagram” profilində barəsində gedən həqiqətəuyğun olmayan mlumatlara aydınlıq gətirib.

O, deyib ki, mediada aprelin 5-də səhhətinin ağırlaşması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər dərc edilib. Aparıcı yazılanların tamamilə əsassız və yalan olduğunu deyib:

“Şükür olsun, sağ və salamatam. Son günlər narahatlığım sadəcə təqyiqimin yüksək olmasıdır. Təzyiq o qədər yüksəyə qalxır ki, ürəyimə də təsir edir. Hazırda evdə müalicə alıram və həkimlərin nəzarəti altındayam. Bir az öskürəyim qalıb. Ümidvaram ki, yaxın 4-5 gün ərzində tamamilə sağalacağam”.

Aparıcı barəsində mediada gedən yalan informasiyaların doğmalarına, xüsusilə valideynlərinə təsir etdiyini deyib:

“Nəzərə alın ki, atam və anam 65 yaşdan yuxarıdır. Onlar belə xəbərlərdən çox sarsılır və narahat olurlar. Son gedən xəbərlərlə bağlı da qızımla əlaqə yaratdıqdan sonra rahatlandılar.

Deyə bilərəm ki, yoldaşımla mən kəfəni yırtdıq. Hazırda qaynanam Abşeron rayonundakı Modul xəstəxanada müalicə alır. Həkimlərimizə və TƏBİB-ə xüsusi təşəkkürümü bildirirəm. Onların necə fədakarlıq göstrədiklərinin şahidi oldum”.

Oxşar xəbərlər