MTRŞ-nin üzvü qəflətən vəfat edib

Milli Televiziya və Radio Şurasının üzvü Məmməd Cəfərov vəfat edib.

SOSİUM.az xəbər verir ki, bu barədə Trend-ə qurumadn bildiriblər. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Milli Televiziya və Radio Şurasının üzvləri və Şura Aparatının kollektivi Məmməd Cəfərovun vaxtsız vəfatından kədərləndiyini bildirir, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər