18 yaşlı qız intihar etdi: özünü boğdu

Siyəzən rayonunda 18 yaşlı qız özünü su kanalına ataraq intihar edib.

SOSİUM.az xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Belə ki, Siyəzən rayon sakini, 2003-cü il təvəllüdlü Aysel Aydın qızı Xalıqova ailə-məişət mübahisəsi zəminində özünü Taxtakörpü-Ceyranbatan su kanalına ataraq intihar edib.

A.Xalıqovanın meyidi müayinə edilmək üçün ekspertizaya göndərilib.

Oxşar xəbərlər