Şəhidimiz son mənzilə yola salındı

Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Səbuhi Hüseynli dəfn olunub.

SOSİUM.az xəbər verir ki, Xaçmaz rayon Maqsudkənd sakini Səbuhi Hüseynli doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, S.Hüseynli 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 20-də yaralanıb və komada olub. O, dünən şəhidlik zirvəsinə ucalıb.

Oxşar xəbərlər