Komitə sədri Aynurə Səfərova ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbində direktor Aynurə Səfərovanı Komitədə qəbul edib.

“Siz 101 yaşlı məktəbə rəhbərlik edirsiz. Gənc ziyalı, pedaqoq kimi bu işin öhdsindən ləyaqətlə glirsiz. Sizin fəaliyyətinizi biz də yaxından izləyir və sevinirik. Siz bir gənc xanımın bütün maneə və əziyyətlərə baxmayaraq uğur əldə edə bilməsinin canlı örnəyini yaratmısız.

Siz Oğuz rayon Yemişənli kəndində anadan olmusuz. 2004-cü ildə Yemişənli kənd əsas məktəbinin doqquzuncu sinfini bitirmiş, həmin ildə A.Əliyev adına Padar kənd orta məktəbinin X sinfinə daxil olmuş, 2006-cı ildə orta təhsili uğurla bitirmisiz. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının 2011-ci il məzunusuz. 2011-ci ildən müəllim kimi, 2014-cü ildən tədris işləri üzrə direktor müavini, 2019-cu ilin fevralındansa Z.Abışov adına Xaçmaz kənd ümumi orta məktəbində direktor kimi fəaliiyət göstərirsiz.

Harda oxumuş, işləmişsinizsə, çətinliklərə sinə gərən uğur simvolu kimi qəbul olunmusuz. Sizin “Hər hansı gəncin cəmiyyətdə yer tutması üçün ilk növbədə onda özünə inam formalaşdırmaq lazımdır. Qabiliyyətini aşkara çıxarmaq və ona psixoloji dəstək olmaq lazımdır.” sözlriniz populyardır.

Sizi bütün uğurlarınız münasibəti ilə təbrik edirəm. Q.Paşayeva A.Səfərovaya Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Gənc direktor səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Oxşar xəbərlər