ABŞ-ın strateji kəşfiyyat təyyarəsi Sakit okeanın neytral sularından Rusiya sərhədi istiqamətində uçarkən müşahidə edilib.
SOSİUM.az mk.ru-ya istinadən xəbər verir ki, Rusiyanın “MiG-31” qırıcısı Sakit Okean üzərində ABŞ-ın strateji kəşfiyyat təyyarəsini müşayiət etmək üçün hərəkətə gətirilib.
Bildirilir ki, rus qırıcısının ekipajı havadakı hədəfin ABŞ Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi “RC-135” olmasını müəyyənləşdirib və Sakit okean üzərində onu müşayiət edib.
“RC-135”-in Rusiyanın dövlət sərhədini pozub-pozmaması aydınlaşdırılır.