“Növbəti dalğalar qaçılmazdır, olacaq”

Hazırda pandemiyanın üçüncü dalğası adlandırdığımız mərhələyə sonuncu dalğa demək doğru olmaz.

SOSİUM.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, gələcəkdə koronovirusa yoluxmada yenidən yüksəliş yaşana bilər:

“”Avropada dedilər ki, bu sonuncu dalğadır, yenidən artım olmayacaq” fikrinə arxayın olmaq olmaz. Biz öz qoruma tədbirlərimizi ehtiyatlı və güvənli şəkildə davam etdirməliyik”.

Oxşar xəbərlər