Türkiyənin Təhsil naziri də Bakıya gələcək

Türkiyə Təhsil naziri Ziya Selcukun Azərbaycana səfəri gözlənilir.

SOSİUM.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, səfərin yaxın zamanda baş tutacağı gözlənilir və hal-hazırda nazirin Azərbaycana səfəri üçün hazırlıq işləri aparılır.

“Səfər zamanı Türkiyə və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq başda olmaqla, tələbə mübadiləsinin artırılması məsələləri də müzakirə olunacaq”- deyə nazirlikdən bildiriblər.

Oxşar xəbərlər