Reyhan Camalova: “Artıq mən seçimimi etdim”

Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova təhsil alacağı univeristeti seçib.

SOSİUM.az xəbər verir ki, bu barədə “Report”a özü məlumat verib.

O bildirib ki, Amerikada təhsil üçün cavab aldığı Pennsylvania Universitetinin təklifinə müsbət cavab verib.

Belə ki, o universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq. Qeyd edək ki, R.Camalova Amerikada dünyaca məşhur univeristetlərdə qeydiyyatdan keçmişdi və onlardan 7-dən qəbul cavabı almışdı.

Oxşar xəbərlər